AZ

Ötən il Azərbaycanda 4,3 min əcnəbiyə iş icazəsi verilib

2024-cü il ərzində 4,3 min nəfər əcnəbiyə iş icazəsi verilib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

“2024-cü il ərzində Dövlət Miqrasiya Xidmətindən əcnəbilərin respublika ərazisində haqqı ödənilən əmək fəaliyyətinə dair rəy verilməsi üçün Nazirliyin "Miqrasiya" altsistemi vasitəsilə 12,6 min müraciət daxil olmuş, 4,3 min nəfərə iş İcazəsinin verilməsi, 5,1 min nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması barədə müvafiq rəy verilmiş, digər şəxslərə iş icazəsinin verilməsi məqsədəuyğun hesab edilməyib”, - hesabatda qeyd olunub.

Seçilən
2
1
apa.az

2Mənbələr