AZ

2018-ci ildən bəri güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 242 milyon manat ipoteka krediti verilib

Bakı. Trend:

2024-cü ildə güzəştli ipoteka kreditləri vasitəsilə Mənzilİnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərinsatışının dəstəklənməsi davam etdirilmiş və 470 güzəştli mənzilinalınması üçün 28,8 mln. manat məbləğində güzəştli ipoteka kreditiverilib.

Trend bubarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, 2018-ci ildən etibarən güzəştli mənzillərinmaliyyələşdirilməsi üçün 4 885 şəxsə 238,4 milyon manat həcmindəgüzəştli ipoteka krediti, 82 şəxsə isə 3,6 milyon manat məbləğindəadi ipoteka krediti verilib.
Eyni zamanda, 2017-2024-cü illərdə ayrılmış vəsaitlər də nəzərəalınmaqla MİDA üçün nəzərdə tutulmuş vəsaitlərin ümumi həcmi 270milyon manat təşkil edib. MİDA-nın sərəncamında olan mənzillərintəxminən 80%-nin satışı Fondun vəsaiti hesabına verilən güzəştliipoteka krediti vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabınaverilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər vəgənc ailələr təşkil etmiş, verilən kreditlərin təqribən 22%-iregionların payına düşüb. Hesabat dövründə ipoteka bazarındamüvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təminedilmiş, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8%müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən dahaaşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsidavam etdirilib. Nəticədə 2024-cü ildə ipoteka kreditləri üzrə ortaillik faiz dərəcəsi 7,4% təşkil edib.

Məqalədə:
Seçilən
15
9
az.trend.az

10Mənbələr