AZ

Milli Məclisin nüməyəndə heyəti TÜRKPA çərçivəsində görüşdə - FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov Bişkekə səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Heydər Əsədov, Milli Məclis Aparatının və TÜRKPA Katibliyinin məsul əməkdaşları iştirak edib.  Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhliman Əmiraslanov Qırğızıstana TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 10-cu iclasında iştirak etmək məqsədilə gəldiklərini bildirərək, bu təşkilat çərçivəsində parlament əməkdaşlığının ikitərəfli münasibətlərin yeni səviyyəyə irəliləməsinə xüsusi rolu olduğunu qeyd edib. Əhliman Əmiraslanov qeyd edib ki, iki ölkə arasında mədəni-humanitar əməkdaşlıq fəal inkişaf edir və ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin vacib elementinə çevrilir. O, 44 günlük Vətən müharibəsində qardaş qırğız xalqının dəstəyini Azərbaycanın yüksək qiymətləndirdiyini bildirib. "Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Bişkek şəhərində Ulu Öndər Heydər Əliyev adına məktəbin açılmasını vurğulayan Əhliman Əmiraslanov bununla bağlı xüsusi təşəkkürünü ifadə edib.

Xanım Raimbaçayeva son illərdə ölkələr ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və yüksək səviyyədə olduğunu qeyd edib. Eyni zamanda o, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun önəmini xüsusilə vurğulayaraq, Azərbaycan Respublikası kimi Qırğızıstanın inteqrasiyaya mühüm əhəmiyyət verdiyini bildirib. Bu kontekstdə Vinera Raimbaçayeva iki ölkənin parlamentlərinin vahid türk parlamentlərarası məkanı – Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb. Görüşdə tərəflər Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Görüşün sonunda tərəflər ikitərəfli münasibətlərin inkişafında, iki ölkənin maraqlarına toxunan məsələlərin dəstəklənməsində maraqlı olduqlarını bildiriblər.

 

Seçilən
0
unikal.az

1Mənbələr