Azərbaycanda bir neçə qoruğun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritənin hazırlanacaq.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Quba şəhərində “Quba Soyqırımı Memorial Kompleksi”nin, Zaqatala Tarix-Mədəniyyət Qoruğunun və “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritənin hazırlanması məqsədilə müvafiq komissiyalar yaradılıb.