1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ləğv prosesində olan "AtaBank", "AmrahBank", "NBCBank", "AGBank" və "MuğanBank" açıq səhmdar cəmiyyətlərinin dövlət zəmanəti əsasında cəlb etdikləri kredit vəsaitləri üzrə Mərkəzi Banka olan borcları Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabata əsasən, sözügedən bankların 2023-cü ilin sonuna Mərkəzi Banka ödəməli olduqları 13 milyon 789.9 min manat məbləğində borc öhdəliyi Nazirlər Kabinetinin 2024-cü il 28 mart tarixli 169 nömrəli Sərəncamına əsasən ödənilib.
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - "AtaBank" ASC-nin və "AmrahBank" ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Qeyd edək ki, "AtaBank" və "AmrahBank" ASC-lərin lisenziyaları Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən 2020-ci ilin 28 aprelində ləğv edilib.
Elə həmin ilin may ayının 12-də tənzimləyicinin qərarı ilə "AG Bank" və "NBC Bank" ASC-lərin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları geri alınıb. 2023-cü ilin oktaybrın 19-da "MuğanBank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv olunub.
Mərahim Nəsib