AZ

Vərəm və İİV-lə bağlı 369 məhbus müalicəyə cəlb olunub

Ötən il penitensiar müəssisələrdə məhbuslar tibbi xidmətlə tam əhatə olunmuş, infeksion xəstəliklər nəzarətdə saxlanılaraq müvafiq profilaktik tədbirlər həyata keçirilib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

2024-cü ildə Qlobal Fondun Vərəm və İİV/QİCS-lə bağlı layihələrinin icrası təmin olunmuş, o cümlədən XDR vərəmli məhkumların V qrup yeni vərəm əleyhinə preparatlarla müalicəsi davam etdirilib.

Bununla yanaşı, vərəm və İİV xəstəlikləri müşahidə olunan 369 məhbus Qlobal Fondun dəstəyi ilə Hepatit C virusu ilə bağlı müalicəyə cəlb olunub. Müalicəsinin nəticəsi qiymətləndirilmiş məhkumlardan 94%-i sağalıb.

Seçilən
1
1
apa.az

2Mənbələr