AZ

ARDNF-nin mənfəət neftinin və qazın satışından gəlirləri açıqlanıb

Bakı. Trend:

Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinəmənfəət neftinin və qazın satışından 11,4 milyard manat məbləğindəvəsait daxil olub.

Trend bubarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, bu gəlirlər Fondun ümumi büdcə gəlirlərinin63,6%-ni təşkil edib.

Hesabat ilində Fondun mənfəət neftinin və qazın satışı ilə bağlıgəlirləri 2023-cü illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya21,1% az olub.

Azəri-Çıraq-Günəşli yatağında hasilatın həcmi 125milyon bareltəşkil etməklə 2023-cü illə müqayisədə 7,7 milyon barel və ya 5,8%azalıb.

Mənfəət neftinin qiymətinin büdcədə nəzərdə tutulana (75 ABŞdolları) nisbətən yüksək olması bu maddə üzrə gəlirlərin artmasınaşərait yaradıb.

Belə ki, 2024-cü ildə xam neftin satış qiyməti 82,3 ABŞ dollarıolub ki, bu da büdcədə nəzərdə tutulan qiymətə nisbətən 7,3 ABŞdolları çoxdur.

Seçilən
1
az.trend.az

1Mənbələr