Bakı. Trend:
2024-cü ildə işğaldan azad olunmuş ərazilərində ilk ali təhsilmüəssisəsi olan Qarabağ Universiteti fəaliyyətə başlayıb. Buradahazırda 6 fakültə, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və160 nəfər (60 nəfər akademik, 85 nəfər inzibati, 15 nəfər texnikiheyət) çalışır.
Trend xəbərverir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatında qeyd edilib.
İşğaldan azad olunmuş ərazilərində 2024-cü ildə 6 ümumi təhsilmüəssisəsi və 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətəbaşlamışdır. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə 11ümumi təhsil müəssisəsi (Zəngilan rayonu Ağalı kənd tam ortaməktəbi, Ağdərə rayonu Talış kənd ümumtəhsil məktəbi, Laçın rayonuZabux kənd tam orta məktəbi, Şuşa şəhər 1 nömrəli tam orta məktəb,Cəbrayıl şəhər Akademik Mehdi Mehdizadə adına tam orta məktəb,Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Laçınşəhər 2 nömrəli tam orta məktəb, Laçın rayon Sus kənd tam ortaməktəbi, Xocalı şəhər 1 nömrəli tam orta məktəb, Nizami Gəncəviadına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb, Xocalı rayonuBallıca kənd məktəbi) və 6 məktəbəqədər təhsil müəssisəsi (Zəngilanrayonu Ağalı kənd məktəbəqədər təhsil müəssisəsi, Ağdərə rayonuTalış kənd məktəbəqədər təhsil müəssisəsi, Laçın rayon Sus kəndkörpələr evi-uşaq bağçası, Laçın rayonu Zabux kənd körpələrevi-uşaq bağçası, Xankəndi şəhəri körpələr evi-uşaq bağçası, Xocalışəhər 1 nömrəli körpələr evi-uşaq bağçası) fəaliyyətə başlayıb.Ağdam şəhər 1 nömrəli tam orta məktəb üçün 960 sagird yerlikbinasında təmir-tikinti işləri yekunlaşmış, son tamamlanma vəabadlıq işləri görülməkdədir.
Kəlbəcər şəhər tam orta məktəb ücün 960 sagird yerlik binanıntikintisi üzrə işlərin 75%-i tamamlanmış, Laçın şəhəri 1 nömrəli400 şagird yerlik tam orta məktəb, Xocalı rayonu, Malıbəyli kənd432 şagird yerlik tam orta məktəb, Hadrut qəsəbə tam orta məktəbbinalarının tikintisinin layihələndirilməsi başa çatıb.