AZ

Hərbi qeydiyyat əleyhinə inzibati xəta törədənlərin sayı məlum olub

Ötən il 385 nəfər vətəndaş hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xəta törədib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, “ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin cavablandırılması zamanı hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 385 nəfər vətəndaş barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

Seçilən
26
1
apa.az

2Mənbələr