Hər il martın 20-21-i arasında qeyd edilən dünyanın ən qədim bayramlarından biri hesab olunan Novruz tərcümədə “yeni gün” deməkdir.Bu bayram,təbiətin oyanışını,yazın gəlişini,yeni ilin başlanğıcını simvollaşdırır. İran, Azərbaycan,Türkmənistan, Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrində geniş yayılan Novruz bayramı həmçinin müxtəlif xalqlar arasında birgə yaşayış,dostluq,sülh və qarşılıqlı anlaşma rəmzi olaraq qəbul edilir. Bu bayram eyni zamanda ümumbəşəri dəyərlərin təbliğ edildiyi bir bayramdır.
Onun müxtəlif mədəniyyətlər tərəfindən qeyd edilməsinin səbəbi xalqlar arasında birlik və bərabərliyi simvollaşdıran dəyərlərə sahib olması ilə əlaqədardır.Çünki Novruz fərqli mədəniyyətlərin bir arada harmonik şəkildə mövcud olmasını və qarşılıqlı anlaşmanın təmin edilməsini təbliğ edir.Ənənələr və mədəniyyətlərin zənginliyi ilə seçilən bu bayram ailə və birlik kimi dəyərləri özündə ehtiva edərək insanlar arasında qarşılıqlı hörmət,dostluq,sevgi bağlarını gücləndirməyə kömək edir.
Novruzun əsas dəyərlərindən biri də yardımlaşma və paylaşmadır.İnsanlar yoxsullara,ehtiyacı olan insanlara kömək edərək bərabərlik,ədalət kimi anlayışları təbliğ edirlər. Nəticə olaraq,Novruz bayramı yalnız bir təbiət hadisəsini və ya mövsümün dəyişməsini qeyd etməklə yanaşı,dünyada sülh,tolerantlıq və ümumbəşəri dəyərlərin təbliğində də mühüm rol oynayır.
Ölkəmizdə ən əhəmiyyətli və ən qədim bayram olaraq qeyd olunan Novruz bayramı həm milli kimliyin,həm də mədəni irsin qorunması baxımından böyük əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyev tərəfindən bu bayramın Azərbaycan xalqı üçün əhəmiyyətini bildirən,habelə milli və mənəvi dəyər kimi təsvir edən belə bir fikir söylənilmişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.
Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatının könüllüsü