Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cari il ərzində əməliyyat yolu ilə rayon sakinlərindən 1 ədəd tapança, 3 ov tüfəngi və patronlar aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində isə 1 avtomat və 21 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ