“Lakin Moskvanın cəzalandırılması onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq kimi daha böyük məqsədini təhlükə altına alaraq, onsuz da çətinsövdələşmə yolunda daha bir maneə ola bilər”,- qəzet vurğulayır.
Trampın məqsədinə nail olub-olmaması onun və müşavirlərinin Moskva ilə necə danışıqlar aparmasından asılıdır. Rusiya rəsmiləri atəşkəsi açıq şəkildə rədd etmək əvəzinə, müharibəni bitirmək üçün danışıqlar başlamazdan əvvəl güzəşt tələb edə və Trampa daha çox təzyiq göstərə bilər.
Əsas sual budur ki, Putin Trampın təkid etdiyi kimi sülhə sadiqdir, yoxsa onu qazanmaq üçün lazım olan güzəştlər Trampın Ukrayna və Avropa hökumətlərinin dəstəyi bahasına başa gələcək.
![]() |
Tramp Rusiyanın əsas banklarını yenidən blokladı |
- Rusiyanın atəşkəslə razılaşacağına son dərəcə şübhə ilə yanaşıram və onların bu müharibəni sona çatdırmaq istədiklərinə çox şübhə edirəm. Bu baxımdan, həftənin sonuna qədər ABŞ Kremlə qarşı “dağıdıcı sanksiyalar və tariflər” tətbiq edə bilər”, - Donald Trampın ABŞ Senatındakı ən yaxın adamı olan senator Lindsi Qrem “X” sosial şəbəkəsində yazıb.
Eyni zamanda, “WSJ” nəşri bildirir ki, Tramp həm Konqresdə, həm də xaricdə müttəfiqlər tərəfindən Ukrayna danışıqlarına şübhəli yanaşma olduğu barədə heç bir əlamət nümayiş etdirmir. Analitiklərin fikrincə, öz instinktləri ilə və öz ehtimalları ilə hərəkət edən Tramp öz düşüncəsindən başqa heç bir fikrə əhəmiyyət vermir.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Ukraynada dərhal 30 günlük atəşkəs barədə Vaşinqtonun irəli sürdüyü təklifi de-fakto rədd edib. O, Rusiyanın ümumilikdə atəşkəslə “razılaşsa da, “nüanslar” olduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az