AZ

Məlumatlar Moskvadan Vaşinqtona ötürülür

Moskvaya səfər edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiya rəsmiləri ilə danışıqların gedişi ilə bağlı məlumatı qiymətləndirmə üçün Vaşinqtona ötürür.

Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolz Fox News-a müsahibəsində deyib. "Mən həmkarım, xüsusi elçi Vitkoff ilə danışdım. O, oradadır və məlumat ötürür ki, biz bunu qiymətləndirə bilək və prezident Tramp növbəti addımlar barədə qərar verə bilsin".

Uolz bildirib ki, danışıqların təfərrüatları hələ açıqlanmayıb, lakin Vaşinqton Rusiya və Ukrayna arasında müharibənin həlli perspektivlərini “ehtiyatlı nikbinliklə” qiymətləndirir.

Seçilən
23
herbiand.az

1Mənbələr