AZ

Matç bitdi, futbolçu kapitanına hücum etdi

Azərbaycan I Liqası 18-ci turunda “Qaradağ Lökbatan” evdə “Karvan”la üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə sona çatıb. Matçın ardından isə Lökbatan təmsilçisində ara qarışıb.

Belə ki, “Qaradağ Lökbatan”ın futbolçusu Nurlan Novruz komandanın kapitanı Hüseyn Hüseynliyə hücum edib. Tərəflər az qalsın əlbəyaxa çıxıblar.

Onların arasında nə baş verdiyi isə məlum deyil. Oyunçuları digər futbolçular güc-bəla ilə ayırıblar.

Xatırladaq ki, paytaxt klubu hazırda 14 xalla sonuncu sırada qərarlaşıb.

İdmanxeber.az 

Seçilən
5
idmanxeber.az

1Mənbələr