AZ

Avropa nəhəngi Ardanı istədi -

Hakan Çalhanoğlunun çıxış etdiyi "İnter" klubu Arda Güleri transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, İtaliya nəhəngi Ardanın transferi üçün hərəkətə keçib. “Tuttosport”da dərc edilən xəbərə görə, “Real Madrid” Arda Güleri satmaq istəsə də, oyunçuya nəzarəti əlində saxlamaq istəyir. Buna görə də, “Real” futbolçunu icarə əsasında və ya geri almaq bəndi ilə göndərmək istəyir. Bildirilir ki, Bundesliqadan "Ayntraxt Frankfurt" və "Bayer Leverkusen" Arda ilə maraqlansa da, o İtaliyada oynamaq istəyir.

Qeyd edək ki, Almaniyanın “fussball.news” futbol saytı futbolçunun milli komanda yoldaşı Kənan Yıldızın da çıxış etdiyi “Yuventus"da oynamağa üstünlük verdiyini yazıb. Arda Güler bu mövsüm 29 matçda cəmi 1081 dəqiqə meydanda olub. Futbolçu bu matçlarda 3 qol 5 məhsuldar ötürmə ilə töhfə verib.

Seçilən
1
metbuat.az

1Mənbələr