Müzakirələrin erkən mərhələdə olduğu və bunun ABŞ-nin Rusiyanın Çin və İranla əlaqələrini zəiflətmək üçün daha geniş səylərinin bir hissəsi ola biləcəyi bildirilir. Hələlik danışıqlarda hansı rəsmilərin iştirak etdiyi məlum deyil.
Xatırladaq ki, Prezident Donald Tramp əvvəllər Avropanın Rusiya qazından asılılığını tənqid edərək, Avropa ölkələrinə ABŞ-nin maye qaz satışını genişləndirməyə çalışmışdı.
Mümkün razılaşma ABŞ-nin enerji siyasətində ciddi dəyişiklik ola bilər. Financial Times-ın məlumatına görə, "Şimal Axını-2" layihəsinin operatoru olan şirkətin icraçı direktoru, Vladimir Putinə yaxınlığı ilə tanınan Matias Varniq, ABŞ investisiya dairələrinin dəstəyi ilə qaz kəmərinin fəaliyyətini bərpa etməyə çalışır.
Bu addım Ukraynadakı münaqişənin həllinə və ABŞ-Rusiya iqtisadi əlaqələrinin gücləndirilməsinə yönəlib. Lakin bunun üçün ABŞ sanksiyalarının yumşaldılması, Rusiyanın qaz ixracına razılığı və Almaniyanın Avropaya qaz tədarükünə icazə verməsi tələb olunur.