AZ

Rusiya-Ukrayna müharibəsinin gözlənilən nəticələri Azərbaycana necə təsir edəcək?- Millət vəkili ŞƏRH EDİR

“Rusiya-Ukrayna müharibəsinin təsiri təkcə Azərbaycana yox, bütövlükdə postsovet, Avropanın, Yaxın Şərqin bir sıra ölkələrində də özünü göstərir. Donald Tramp ABŞ prezidenti seçildikdən sonra isə beynəlxalq münasibətlər sistemində tam fərqli proseslər gedir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, 2014-cü ildən başlayaraq sistemli şəkildə Ukraynanı dəstəkləyən ABŞ xarici siyasətində daha çox Rusiyanın mövqeyindən çıxış edir:

“ABŞ-dan fərqli olaraq Avropa İttifaqı, Böyük Britaniya Ukraynanı müdafiə etməkdə davam edir. ABŞ olmadan yeni formatın uğurlu olacağına dair şübhələr var. Yaxın zamanlarda bunu görəcəyik. Azərbaycan hər zaman bütün qonşularına, o cümlədən Rusiyaya qarşı stabil, bərabərhüquqlu, qonşuluq prinsiplərinə əsaslanan siyasət aparıb. Düzdür, Rusiyanın bəzi şovinist, imperiyapərəst dairələri SSRİ 2-nin bərpasından, Ukraynadan sonra bəzi stroptiv respublikaların cəzalandırılacaqları barədə əsassız şaiyələr yayırlar. Hesab edirəm ki, populizm xəstəliyinə tutulmuş həmin şəxslərin arzuları ürəklərində qalacaq. Azərbaycan, həmçinin keçmiş müttəfiq respublikaların heç biri müstəqilliklərinin itirilməsi ilə razılaşa bilməz. İndi 90-cı illərin əvvəlləri deyil”.

N. Məhəməliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə güclü dəstəkçiləri var:

“Qardaş Türkiyə ilə bağlanmış tarixi Şuşa bəyannaməsi mövcuddur. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, peşəkarcasına planlaşdırdığı və həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin təhlükəsizliyinin qarantıdır. Ona görə də, düşünürəm ki, müharibənin nəticəsindən asılı olmayaraq Azərbaycan subyektivliyini qoruyub saxlayacaq”.

Seçilən
0
moderator.az

1Mənbələr