Azərbaycanda enerji təchizatı şəbəkəsində itkilər (paylayıcı şəbəkə İtkiləri) son 21 il ərzində 19.4%-den 8,5%-ə enmib (2,3 dəfə azalma).
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Hesabata əsasən, hesabat dövründə haqlarının yığım səviyyəsi 46,7%-dən 97,6%-ə (Bakı üzrə 98,8%, regional elektrik şəbəkələri üzrə isə 96,2%) yüksəlib.
Qeyd olunur ki, ölkədə elektroenergetika sahəsində infrastrukturun modernizasiyası, paylayıcı və ötürücü şəbəkələrdə qabaqcıl texnologiyaların tətbiqi ilə təkmilləşdirilməsi işləri ardıcıl xarakter daşıyıb, yeni yarımstansiyalar (YS) inşa olunmuş və elektrik verilişi xətləri (EVX) çəkilmiş, elektrik stansiyalarında və YS-lərdə, ötürücü və paylayıcı şəbəkələrdə, habela EVX-larda tikinti, təmir və bərpa işləri aparılıb, yeni komplekt transformator məntəqələrinin (KTM) quraşdırılması həyata keçirilmiş, işğaldan azad olunan ərazilərin elektrik təchizatı infrastrukturunun yaradılması və onların respublikanın enerji sistemina inteqrasiya olunması istiqamətində yeni əsaslı tədbirlərin görülməsi işləri davam etdirilib.
“Görülən tədbirlər əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşması ilə yanaşı, enerjisistemin texniki-iqtisadi göstəricilərinin də yüksəlməsinə təsir gösterib, 2003-cü illə müqayisədə elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi üzrə səmərəli göstəricilərə nail olunub, paylayıcı şəbəkə itkiləri son 21 il ərzində 19,4%-den 8,5%-ə enmib, uçot və ödəniş sisteminin təkmilləşdirilməsi nəticəsində enerji haqlarının yığım səviyyəsi 46,7%-dən 97,6%-ə (Bakı üzrə 98,8%, regional elektrik şəbəkələri üzrə isə 96,2%) yüksəlib”, - hesabatda bildirilir.
Hesabata görə, 2024-cü ildə ölkə üzrə enerji istehsalı 28 394,1 mln. kVt-saat, istehlak həcmi isə 24 228,2 mln. kVt-saat təşkil edib. Ötən ilİstehsal olunmuş elektrik enerjisinin 86,4%-i İstilik Elektrik Stansiyalarının (İES), 10,6%-i Su Elektrik stansiyalarının (SES), 3%-i isə bərpa olunan enerji mənbələrinin (BOEM) payına düşmüşüb. Elektrik enerjisinin ixrac həcmi 1 397,5 mln. kVts səviyyəsində olub.