AZ

“İravunk”: Paşinyan Ermənistanda siyasi represiyalara başladı – SƏBƏB BUDUR

Bu bazar seçkilər keçirilsə, “Mülki Müqavilə” Partiyası 11,8%, Ermənistan bloku 4,7%, MLC partiyası isə 3,5% səs toplayacaq.

KONKRET.az xəbər verir ki, bu, vətəndaşlar arasında “Gallup”un keçirdiyi sorğusunun son nəticələridir.

“Lakin bizdə olan məlumata görə, hakimiyyət bu müddət ərzində öz sorğusunu keçirib və real reytinq mənzərəsinə aydınlıq gətirib ki, bu da nikbinlik yaratmır. Əldə etdiyimiz məlumata görə, “Mülki Müqavilə”nin reytinqi respublika üzrə cəmi 10 faizdir. Bu kontekstdə Nikol Paşinyana başa saldılar ki, hətta total inzibati resurslardan istifadə etməklə belə, ən yaxşı halda Gümrü Ağsaqqallar Şurasına keçiriləcək seçkilərdə 14-15% səs qazanacaq. Artıq sirr deyil ki, hökumətin reytinqləri sürətlə aşağı düşməkdə davam edir. Məhz buna görə hakimiyyət mövcud reytinq mənzərəsini dəyişmək ümidi ilə əsas müxalifət qüvvələrinə qarşı yeni repressiyalar həyata keçirməyə başlayıb”, – İravunk nəşri yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
2
konkret.az

1Mənbələr