AZ

Britaniya Azərbaycana müdafiə attaşesi təyin edib - İlk dəfə

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, müdafiə attaşe kimi leytenant Gevin Tarbard təyin edilib.

"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - deyə paylaşımda qeyd olunub.

"AzPolitika.info"

Seçilən
53
18
azpolitika.info

10Mənbələr