1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İran Prezidenti Məsud Pezeşkian ölkədə ərzaq qiymətlərinin yüksək olmasından narazılıq edib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.
"İnflyasiyaya görə kimin yaxasından tutacağımı bilmirəm. İnsanlara davamlı olaraq inflyasiya həcminin nə qədər olduğunu demək onların dərdinə çarə olmayacaq. Ölkədə istehsal olunan məhsulların hara getdiyi bəlli deyil", - deyə M.Pezeşkian vurğulayıb.