AZ

DSMF-nin gəlir və xərcləri artıb - Rəqəmlər

2024-cü il üzrə operativ məlumata əsasən DSMF-nin cəmi xərcləri 6888,8 milyon manat olub.

“Qafqazinfo” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Yəni 2023-cü illə müqayisədə 808,2 mln. manat və ya 13,3% artım qeydə alınıb.

DSMF-nin gəlirləri isə 7020,4 mln. manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 345,4 mln. manat və ya 5,2% çoxdur.

Hesabat dövründə əhaliyə ödənişlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 6662,2 mln. manat vəsait xərclənməklə, bu göstərici 2023-cü illə müqayisədə 13,2% artıb.

Əhaliyə ödənişlərin tərkibində pensiya xərcləri 6495,6 mln. manat təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 13,5% artım deməkdir.

Nuranə Daxilqızı

Seçilən
0
qafqazinfo.az

1Mənbələr