"Ötən il Hökumətin hesabatı diqqətinizə təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olmuşdur, o cümlədən 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olmuşdur".
Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.
"Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulmuşdur. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir. 2 məsələ məsələ isə milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayıb", - deyə nazir qeyd edib.