AZ

Bundesliqada ayın ən yaxşı oyunçusu bilindi

Almaniya Bundesliqasında ötən ayın ən yaxşı oyunçusu seçilib. 

Fanat.Az xəbər verir ki, Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassi Bundesliqada fevral ayının ən yaxşısı elan olunub.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 

Qirassi mükafat uğrunda mübarizədə komanda yoldaşı Paskal Qrossu, həmçinin "Bayern Münhen"dən Camal Musiala, "Frayburq"dan Kilian Sililla, "Auqsburq"dan Aleksis Klod-Maurisi və "Hoffenhaym"dan Tom Bişofu qabaqlayıb. 

Seru Qirassi fevralda keçirdiyi 4 oyunda 5 qol vura bilib. Ümumilikdə, o, cari mövsümdə bütün turnirlərdə 24 dəfə fərqlənib və 7 məhsuldar ötürmə edib. Buna nail olmaq üçün ona 35 matç lazım olub.

Mirağa

Seçilən
20
fanat.az

1Mənbələr