Tailandın Phetçaburi vilayətində turist avtobusu qəzaya uğrayıb, nəticədə 36 nəfər yaralanıb.
Far.Az xəbər verir ki, hadisə barədə Khaosod qəzeti məlumat yayıb.
Yer polis polkovniki Tip Khengkum bildirib ki, avtobusda xarici turistlər olub. Sürücü idarəetməni itirərək yoldan çıxıb və iki elektrik dirəyinə çırpılıb.
Araşdırma nəticəsində sürücünün gecə saatlarında yorğunluq səbəbindən sükan arxasında yuxuya getdiyi müəyyən edilib. Qəzada 15 tailandlı, 12 birmanlı və 9 amerikalı yaralanıb. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.