AZ

Keçən il 470 km dəmir yolu xətti yenidən qurulub



"2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. Keçən il nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln.ton olub. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil edib".

Newscenter.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. Hökumət rəhbəri qeyd edib ki, Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılıb:

"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən ölkələr ilə sıx əməkdaşlıq nəticəsində dəhlizin ötürmə qabiliyyətinin artırılması istiqamətində artıq konkret işlərə başlanılıb".

Baş nazir deyib ki, ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib:

"İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, 470 km dəmir yolu xətti yenidən qurulub, 168 dəmir yolu tuneli və ya körpüsü tikilmiş və ya əsaslı təmir edilib".

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr