İRusiya ctimai Rəy Fondunun 1,5 min respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, rusların dövlət başçısı Vladimir Putinə etibar reytinqi həftə ərzində 2 faiz bəndi artaraq 83%-ə çatıb.
Far.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalıların 83%-i də dövlət başçısının işindən razıdır.
Bundan əvvəl VTsIOM-un sorğusu rusların Putinə inam səviyyəsinin 78,7% olduğunu göstərmişdi.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin ölkə əhalisi tərəfindən böyük dəstək alır.