“Bavariya” hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi “Atletik”in forvardı Niko Uilyams ilə maraqlanır. Klub bir müddətdir ki, basklı futbolçunu diqqətdə saxlayır və yayda onu heyətinə qatmaq üçün hərəkətə keçməyi planlaşdırır.
İspaniyalı futbolçu daha öncə “Barselona”nın transfer siyahısında idi. Maliyyə problemlərinə görə onun Kataloniya klubuna keçidi alınmayıb.