AZ

Azərbaycan Premyer Liqası: 27-ci tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək.

Turun digər dörd qarşılaşması iki gün ərzində baş tutacaq. “Kəpəz” – “Qarabağ” və “Sabah” – “Zirə” oyunları martın 15-də keçiriləcək. “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” görüşləri isə martın 16-da baş tutacaq.

Azərbaycan Premyer Liqası: 27-ci tur
14 mart

Seçilən
1
publika.az

1Mənbələr