AZ

Tzipi Livni: "HƏMAS-ın cihad ideologiyası keçmişdə qalmalıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Təəssüf ki, israillilər və fələstinlilər üçün İsrail və ABŞ hökumətləri plan təklif etməkdə uğursuz oldular".
Oxu.Az xəbər verir ki, bunu İsrailin sabiq xarici işlər naziri Tzipi Livni XII Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, HƏMAS-ın cihad ideologiyası keçmişdə qalmalıdır:
"Yaxın Şərqdə yeni, terrordan uzaq Fələstin hökuməti yaradılmalıdır. Biz burada hansısa möcüzəvi sülh yarada bilmərik. Müəyyən qüvvələr vasitəsilə əməkdaşlıq etməliyik, bir həll yolu tapıla bilər".
T.Livni əlavə edib ki, Azərbaycanın İsraillə dost münasibətləri var:
"Proseslərin həllində Azərbaycan da rol oynaya bilər. Yeni strateji təhlükəsizlik alyansını Azərbaycan da dəstəkləyə bilər".
Məhərrəm Əliyev
Seçilən
7
1
oxu.az

2Mənbələr