AZ

AMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) qrafikinə uyğun olaraq 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. SİAxəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, keçirilən yoxlamalar nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması üzrə nəzarət subyektlərinə müvafiq təlimatlar verilib, onların icrasına nəzarət həyata keçirilməkdədir.

Bundan başqa, ötən il 7 hüquqi və 48 fiziki şəxs sığorta agentinə lisenziyalar verilib. Könüllü qaydada və ya aparılmış nəzarət tədbirləri nəticəsində 51 fiziki şəxs sığorta agentinə, 1 hüquqi şəxs sığorta brokeri və 3 hüquqi şəxs sığorta agentinə müvafiq fəaliyyətlə məşğul olmaq üçün verilmiş lisenziya ləğv edilib.

Seçilən
1
3
sia.az

4Mənbələr