ABŞ və İsrail Qəzzadan fələstinlilərin köçürülməsi üçün torpaqlarından istifadəni müzakirə etmək məqsədilə üç Şərqi Afrika ölkəsinin rəsmiləri ilə əlaqə saxlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp sülh razılaşmasından sonra bütün fələstinlilərin ən azı müvəqqəti olaraq Qəzzanı tərk etməli olduğunu bəyan edib. Ağ Ev rəhbərinin planına cavab olaraq Misir Amerika Administrasiyasına təqdim olunacaq yeni plan hazırlayıb və Misirin planı Ərəb Liqası tərəfindən dəstəklənib.
Xatırladaq ki, Tramp ötən gün heç bir fələstinlinin Qəzzadan çıxarılmayacağını bildirib.
Daşqın HəsənovMissiya.Az