AZ

Almaniyadan reaksiya gəldi: Ermənistanın cəsarətli güzəştləri...

Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanın Bakı ilə danışıqlarda atdığı addımları “cəsarətli güzəştlər” adlandırıb.

Publika.az xəbər verir ki, Berbok bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Almaniya Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır", - deyə o qeyd edib.

"Müharibədən sonra davamlı sülh reallığa çevrilib. Bu, təkcə region üçün deyil, ondan kənarda da vacib bir məsələdir. Ermənistan uzun danışıqlardan sonra cəsarətli güzəştləri ilə hər iki ölkəni sülhə daha da yaxınlaşdırır. Mən hər iki tərəfi sülh müqaviləsi imzalamağa çağırıram", - deyə Berbok yazıb.

Seçilən
7
publika.az

1Mənbələr