AZ

Bu tələbələr oxuduqları ali məktəbdən qovuldu

ABŞ-nin Kolumbiya Universiteti keçən il Fələstinə dəstək nümayişləri zamanı Hamilton Halla daxil olan bəzi tələbələrin universitetdən qovulduğunu və təhsillərinin dayandırıldığını, məzun olanların isə diplomlarının müvəqqəti olaraq geri alındığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Kolumbiya Universitetinin İntizam Şurası tələbələrə göndərdiyi elektron poçtla Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrə sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Açıqlamada keçən il tarixi Hamilton Hall binasına daxil olan bəzi tələbələrin təhsillərinin dayandırıldığı, xaric edildiyi, məzun olanların isə müvəqqəti olaraq diplomlarının ləğv edildiyi bildirilib.

Nə qədər tələbənin sanksiyalardan təsirləndiyi bildirilməyib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr