AZ

Qusarda ağır tonlu maşınlar sakinləri vəlvələyə salır

Qusarda küçədən keçən ağır tonlu yük maşınlar evlərdə çatlar yaranmasına səbəb olub.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, rayonda çay kənarında inşaat materiallarının satış yeri tikildikdən sonra bu ərazidə mütəmadi olaraq ağır tonajlı yük maşınları hərəkət etməyə başlayıb. Mövcud küçədə 5 tondan yuxarı maşınların keçməsinə qarşı qadağa işarəsinin olmasına baxmayaraq “Kamaz”lar hər gün eyni reys ilə hərəkət etməyə davam edirlər.

Sakinlərin sözlərinə görə, nə bu maşınların səsindən, nədə ki, verdiyi zərərdən qurtula bilmirlər. Yük maşınlarına görə küçədə yerləşən 5-6 evin divarlarında ağırlıqdan çatlar əmələ gəlib.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət etmələrinə baxmayaraq onların şikayətlərinə baxılmayıb.

Mövcud problemlə əlaqədar Qusar şəhər İcra Nümayəndəliyi ilə əlaqə saxlayan zamanı qurumdan bildiriblər ki, yolda 5 tondan artıq yük maşınlarının keçməsini qadağan edən yol nişanı quraşdırılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşı Xəyal Talıbovun sözlərinə görə isə, bu ərazidə təhlükəsizliyin təmin olunması ilə bağlı müəyyən tədbirlər görülür, bu sahədə başqa alternativ planlar da tətbiq olunacaq.

Müəllif: Türkan_zadə

Seçilən
3
heftelik.az

1Mənbələr