AZ

Dörd yeni planet aşkar edildi - Yerdən kiçikdirlər

Elm adamları, dünyaya ən yaxın ulduz olan Barnard Ulduzunun ətrafında dörd yeni planet aşkar etdiklərini açıqlayıblar. Yeni tapılan planetlərin hamısının dünyadan daha kiçik olduğu bildirilib.

 

Sfera.az "BBC News"a istinadən xəbər verir ki, Barnard Ulduzu, 1916-cı ildə kəşf edildiyi gündən astronomlar tərəfindən planet axtarışları üçün tədqiq edilirdi. Əvvəllər ulduzun ətrafında planetlərin mövcudluğuna dair qeyri-müəyyən əlamətlər tapılmışdı.

 

Çikaqo Universitetindən Ritvik Basantın rəhbərlik etdiyi araşdırma qrupu, Barnard Ulduzunun ətrafında dövr edən planet sayının dördə çatdığını elan edib. Basant deyib ki, bu, həyəcanverici bir kəşfdir: “Barnard Ulduzu, kosmik qonşumuz olmasına baxmayaraq, haqqında çox az şey bilirik.

 

Alimlər, Havayda yerləşən “Gemini North” teleskopuna bağlı MAROON-X planet ovçusu cihazı ilə üç il ərzində 112 gecə müşahidə apararaq ulduzun hərəkətlərini araşdırıb. Əldə edilən məlumatlar, dörd planetin mövcudluğunu təsdiqləyərkən, onların kütlələri və orbit müddətləri haqqında da mühüm məlumatlar təqdim edib. Lakin bu planetlərin ulduzlarına olduqca yaxın olmaları səbəbindən yaşama üçün əlverişli olmadığı qeyd edilib. Planetlərin quruluşuna dair dəqiq bir məlumat olmasa da, onların aşağı kütlələri səbəbindən Merkürə bənzər qayalı planetlər olmaları ehtimalı ən yüksək ehtimal kimi qiymətləndirilib.

 

Bəsti Rəfizadə

Seçilən
11
sfera.az

1Mənbələr