AZ

Belarus Ali Məhkəməsi Serafimoviç işi üzrə müzakirələrə başlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Minsk, 14 mart - Belarus Ali Məhkəməsində nasistlərin əlaltısı olmuş və soyqırımda ittiham edilən artıq vəfat etmiş Semyon Serafimoviçin işi üzrə məhkəmə çıxışları başlayıb.

Belarus Baş Prokurorluğunun məlumatına görə, iş ölkənin Cinayət Məcəlləsinin 127-ci maddəsi (soyqırımı) üzrə aparılır.

İstintaqın gəldiyi nəticəyə əsasən, Serafimoviç nasistlərə bağlı yardımçı polis dəstələrinin rəhbərliyində yer alıb və ən azı 4 144 nəfərin, o cümlədən 626 uşağın qətlə yetirilməsində iştirak edib. O, 7 avqust 1997-ci ildə Böyük Britaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2023-cü ilin iyulunda Cinayət-Prosessual Məcəlləyə dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklərə əsasən, artıq vəfat etmiş nasist cinayətkarlar da məhkəmə qarşısına çıxarıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr