AZ

Abşeron və Binəqədi rayonlarında oğurluq edənlər saxlanılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonu ərazisində yerləşən yaşayış yerlərindən 300 manat dəyərində su qızdırıcısı, 8 qapı və məişət əşyalarının oğurlanıb.
Oxu.Az xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı O.Nəsrullayev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən kombi və radiator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı R.Seyidovun saxlanılması da təmin edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Seçilən
2
2
oxu.az

10Mənbələr