AZ

Elmi müəssisə və təşkilatlar 200 mln. manat həcmində tədqiqatlar aparıb

2024-cü ildə elmi müəssisə və təşkilatlar 200 mln. manat həcmində işlər yerinə yetirib, onun təxminən 97%-ni elmi-texniki işlər təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabata əsasən, yerinə yetirilmiş elmi-texniki işlərin 69,2%-i fundamental tədqiqatlar, 10,1%-i tətbiqi tədqiqatlar, 0,7%-i layihə konstruktor və texnoloji işlər olub. Əvvəlki illə müqayisədə fundamental tədqiqatların dəyəri 3%, son 10 ildə isə 2,1 dəfə artıb.

Tədqiqat və işlərə çəkilmiş xərclər əvvəlki illə müqayisədə 10,3% artaraq 223,6 mln. manat təşkil edib.

Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərin 38,1%- i təbiət elmləri, 27,2%-i humanitar elmlər, 13,6%-i texnika elmləri, 8,6%-i tibb elmləri, 7,2%-i ictimai elmlər, 5,3%-i isə aqrar elmlər sahəsində sərf edilib.

Seçilən
1
sia.az

1Mənbələr