AZ

Torpaq sahibləri 180 gün ərzində müraciət etməsə bu hüququ itirəcək

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi 2 il ərzində becərilməyən kənd təsərrüfatı torpaqlarını mülkiyyətçinin razılığı olmadan icarəyə verə biləcək.

Tribunainfo.az Sözcü-yə istinadən xəbər verir ki, torpaqlarının müxtəlif şəxslərə icarəyə verilməsini istəməyən sənəd sahibləri növbəti kənd təsərrüfatı mövsümündə sözügedən torpaqda istehsalın aparılacağını bildirərək, səlahiyyətli qurumlara müraciət etməlidirlər.

Ardıcıl iki il becərilməyən torpaqların ilk siyahısı 2025-ci il sentyabrın 1-də açıqlanacaq.

Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi son illərdə təfərrüatları açıqlanan, boş qalan kənd təsərrüfatı torpaqlarının üçüncü şəxslərə və qurumlara icarəyə verilməsini nəzərdə tutan reqlamentin icrasına hazırlaşır.

Bu təcrübənin məqsədi ölkədə kənd təsərrüfatı müxtəlifliyini artırmaq olsa da, iki il dalbadal becərilməyən kənd təsərrüfatı torpaqları mülkiyyət hüququ sahiblərinin razılığı olmadan müxtəlif şəxslərə icarəyə verilə bilər.

Dəniz

Seçilən
1
tribunainfo.az

1Mənbələr