AZ

Aİ Ukrayna üçün 20-40 milyardlıq fond yaratmağı düşünür – Gələn həftə sammitdə müzakirə olunacaq

Avropa İttifaqı Macarıstanın vetosundan yayınmaq üçün könüllü olaraq Ukraynaya 20-40 milyard avro məbləğində hərbi yardım, o cümlədən 2 milyon patron göndərmək üçün öz fondunun yaradılmasını müzakirə edir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Euractiv” nəşri yazır.

Qeyd olunur ki, ötən ay Aİ diplomatik departamenti Ukraynaya 1,5 milyon döyüş sursatı göndərilməsi üçün blok səviyyəsində sxem yaratmağı təklif edib. Əvvəlcə sənəddə bu işi başa çatdırmaq üçün lazım olan vəsait göstərilməyib.

Macarıstan davamlı olaraq Aİ kanalları vasitəsilə Ukraynaya həm hərbi, həm də qeyri-hərbi dəstək proqramında iştirakdan imtina edib. Bu səbəbdən Aİ-nin təklifi yenidən yazılıb.

Təklifin yeni variantında ölkələrə 2025-ci ildə Ukraynaya ən azı 20 milyard avro həcmində, ölkənin ehtiyaclarından asılı olaraq 40 milyard avroya qədər potensiala malik hərbi dəstək təklif edildiyi bildirilir. İlk addım olaraq, Aİ liderləri mətndə təklif edilənə uyğun olaraq 2025-ci ildə 2 milyon iri çaplı artilleriya mərmisi üçün 5 milyard avro ayırmağa razı olmalıdırlar.

Təklifə görə, hər bir ölkə öz iqtisadi çəkisinə uyğun olaraq bu layihədə iştirak edəcək. Avropa İttifaqı həmçinin Rusiyanın dondurulmuş aktivlərindən birbaşa olaraq 1,9 milyard avro gəlir ayıracaq.

Jurnalistlər müəyyən ediblər ki, prioritetlər iriçaplı artilleriya döyüş sursatları, hava hücumundan müdafiə sistemləri, raketlər, pilotsuz təyyarələr, döyüş təyyarələri, həmçinin briqadaların dirçəldilməsi üçün istənilən dəstək olacaq, bura adətən avadanlıqların texniki xidməti və qeyri-öldürücü dəstək daxildir. Ukraynanın prioritet hesab etdiyi istənilən digər hərbi dəstək bu sxemdə nəzərə alınacaq.

Nəşr yazıb ki, gələn həftə Aİ liderləri Ukraynaya yardım və onun müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini müzakirə etmək üçün sammitə toplaşacaqlar.

“AzPoltika.info”

Seçilən
13
azpolitika.info

1Mənbələr