AZ

Azərbaycanda hemofiliya xəstələrinin SAYI

2024-cü il ərzində hemofiliyalı xəstələrin vahid elektron registrində 1744 xəstə qeydiyyatda olub.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

Məlumatda bildirilib ki, onlardan 1177-i Hemofiliya A, 168-i Hemofiliya B, 242-i von Willebrand, 157-i isə digər laxtalanma pozuntulu xəstələrdir. Hemofiliyalı xəstələr qanaxmaların profilaktikası məqsədilə plazma və gen mühəndisliyi yolu ilə alınan qan faktor preparatları ilə təmin olunub. İnhibitorlu xəstələrin sayı 40 nəfər olub və onlardan proqram çərçivəsində 8 xəstə innovativ dərman preparatı olan "Emisizumab" ilə təchiz olunub.

Qeyd edək ki, 2022-ci ildə ölkəmizdə 1737 hemofiliya xəstəsi olub.

 

Seçilən
16
2
modern.az

3Mənbələr