AZ

Valyuta ehtiyatlarımız nə qədərdir?

Əlverişli xarici sektor göstəriciləri şəraitində ölkənin strateji valyuta ehtiyatları 2024-cü ildə 3,7% artaraq 71 mlrd. ABŞ dollarını ötüb və ÜDM-in 95,6%-i səviyyəsinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, il ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

2024-cü ilin dekabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib (2024-cü ilin 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,3 dəfə üstələyib (2025-ci il 1 yanvar tarixinə olan M2 pul aqreqatı götürülməklə).

Hesabat ilinin sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları təxminən 11 mlrd. ABŞ dolları olub.

Nuranə Daxilqızı

Seçilən
2
3
qafqazinfo.az

4Mənbələr