AZ

Süleyman Rəhimovun yubileyi qeyd olunacaq

Martın 15-də "Qanun" nəşriyyatında Xalq yazıçısı Süleyman Rəhimovun 125 illik yubileyi qeyd olunacaq.

Kulis.az xəbər verir ki, tədbirdə tanınmış elm və ədəbiyyat adamları, ictimaiyyətin nümayəndələri, yazıçının qohumları və yaxınları, eyni zamanda media nümayəndələri iştirak edəcək.

Yubiley çərçivəsində yazıçının yenidən çap olunmuş "Mehman" povesti oxuculara təqdim olunacaq.

Xatırladaq ki, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası yerli müəlliflərin kitablarını mütəmadi çap etməklə yanaşı, həm də onların təqdimat mərasimini keçirir. Bundan əvvəl Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi münasibəti ilə onun "Azərbaycan poeziyası. Seçmə şeirlər" kitabı nəşr və təqdim olunmuşdu.

Qeyd edək ki, növbəti tədbir bu ilin mayında Rəsul Rzanın 115 illiyə ilə bağlı keçiriləcək. Şairin "Azərbaycan poeziyası" seriyasından "Seçmə şeirlər" kitabı buraxılacaq və yubiley tədbirində təqdim olunacaq

Seçilən
4
kulis.az

1Mənbələr