
Qəzza zolağındakı humanitar yardım təşkilatları İsrailin Fələstin anklavını bağlamasından sonra qida rasionunu azaltmağa məcburdur.
Reyting.az xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, humanitar yardımın daxil olduğu keçid məntəqələrinin bağlanması BMT və onun tərəfdaşlarının ehtiyacı olan insanlara lazımi yardım göstərmək qabiliyyətinə ciddi təsir göstərir. “Mümkün qədər çox insana kömək etmək üçün qida rasionunu kəsmək məcburiyyətindədirlər və humanitar yardım Qəzzaya tezliklə axmağa başlamazsa, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət kəskin şəkildə pisləşəcək”,- deyə S. Düjarrik xəbərdarlıq edib.
V. QULİYEV