"Borussiya"nın (Dortmund) hücumçusu Seru Girassi Almaniya Bundesliqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.


Rekord.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.


Girassi ötən ay ölkə çempionatında 4 oyuna 5 qol vurub. O, ən yaxşı futbolçu nominasiyasında Camal Musiala ("Bayern"), Paskal Qross ("Borussiya"), Kilian Sililla ("Frayburq"), Aleksis Klod-Mauris ("Auqsburq") və Tom Bişofu ("Hoffenhaym") geridə qoyub.