AZ

Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir

Bakı, 14 mart, AZƏRTAC

Dünyanın bir çox yerində yaranan böhran və müharibələrə şahidik. Ancaq beynəlxalq təşkilatlar bu halların qarşısını almaq istəmirlər. Azərbaycan və Ermənistan arasında yaşanan hadisələr bu məsələyə açıq nümunədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Sülhə gedən yol” adlı panel iclasında Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Baş nazirin müavini Bülənt Arınç deyib.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılış mərasimində səsləndirdiyi fikirləri xatırladan B.Arınç əlavə edib: “Fransanın Ermənistana göstərdiyi dəstək davam etdikcə münaqişə də davam edəcək. Çünki Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir, əksinə, öz çıxarlarına uyğun addım atmağa çalışırlar. Bu isə dünyanı fəlakətə sürükləyə bilər. BMT Ermənistanın 1990-cı illərdə Azərbaycan torpaqlarını işğal etməsinə, Qarabağda yaşayan mülki insanları öldürülməsinə 30 il susdu. Bəzi ölkələr hələ də Xocalı soyqırımını tanımaq istəmir. İşğal dövründə münaqişə ilə bağlı yalnız Minsk qrupu yaradıldı. Ancaq bu işğala səbəb olanlar münaqişəni həll etməkdən qaçdılar. Yalnız 30 ildən sonra Azərbaycan işğal altındakı torpaqlarını öz gücü ilə azad etdi. Hazırda isə Azərbaycan sülh müqaviləsi üçün beynəlxalq təşkilatlara, dünya dövlətlərinə səslənir”.

B.Arınç qeyd edib ki, bir çox dünya dövləti öz maraqlarına uyğun olmayan halları rədd edir və nəticədə BMT münaqişələrin qarşısını ala bilmir.

Seçilən
1
3
azertag.az

4Mənbələr