AZ

Trampın mesajını dəyərləndiririk- İran

BAKI, TurkicWorld

Tehran ABŞ prezidenti Donald Trampın məktubunun məzmununu nəzərdən keçirir və cavab üzərində düşünür.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məktubun dünən axşam saatlarında Tehrana çatdığını və onun müxtəlif aspektlərinin qiymətləndirildiyini bildirib.

Trampın məktubunda İranın nüvə proqramı ilə bağlı danışıqlar təklifi irəli sürülüb. O, həmçinin xəbərdarlıq edib ki, Vaşinqton İranla ya hərbi yolla, ya da razılaşma əldə etməklə məşğul olacaq.

İranın xarici işlər naziri Abbas Arakçı isə bildirib ki, maksimum təzyiq şəraitində aparılan danışıqlar İran üçün zəif mövqedən çıxış etmək deməkdir və bu, uğur gətirməyəcək. Onun sözlərinə görə, Tehran qarşı tərəfi təzyiq siyasətinin səmərəsiz olduğuna inandırmalıdır.

Qeyd edək ki, İranın ali lideri Əli Xamneyi Tramp administrasiyası ilə danışıqların sanksiyaların davam etdirilməsinə və Tehrana təzyiqlərin artmasına səbəb olacağını bəyan edib.

Seçilən
14
turkic.world

1Mənbələr