AZ

Vens Co Baydeni yatmaqda günahlandırıb - VİDEO

AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Bizdə elə bir administrasiya olmayacaq ki, prezident hökumətin iclaslarında otursun, arvadı onları idarə edərkən yatsın və heç kim heç nə etməsin”,- Cey Di Vens bildirib.

Onun sözlərinə görə, belə reallıq ölkəni “fəlakətli” iqtisadi vəziyyətə, xüsusən də bir trilyon dollara çatan ticarət kəsirinə gətirib çıxarıb. Bu baxımdan, ABŞ-nin yeni prezidenti Donald Tramp əvvəlki kursu dəyişmək niyyətindədir.

- Prezident amerikalı işçiləri satan və Amerikanın iqtisadi gücünü məhv edən Vaşinqtondakı 40 illik uğursuz ikitərəfli razılaşmanı dəyişir”,- ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı, 2024-cü ilin iyun ayındakı debatda zəif çıxışındakıuğursuzluğunu Co Bayden yorğunluqla və “demək olar ki, səhnədə yuxuya getməsi” ilə əlaqələndirdi.

Amma hələ 2021-ci ilin avqustunda İsrailin o vaxtkı baş naziri Naftali Bennetlə mətbuat konfransında Bayden gözləri bağlı və başı aşağı əyilmiş halda onun qarşısında hərəkətsiz oturmuşdu.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
azvision.az

1Mənbələr