İngiltərənin "Çelsi" klubu Portuqaliya "Sportinq"inin gənc vingeri Geovani Kuenda ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, 2007-ci il təvəllüdlü futbolçu artıq tibbi müayinədən keçib. Tərəflər arasında razılıq əldə olunsa da, hələlik klublardan rəsmi açıqlama verilməyib. Razılaşmaya görə, Kuenda daha bir mövsüm "Sportinq"də qalacaq və 2026-cı ilin yayında London klubuna keçəcək.
"Çelsi" və "Sportinq"in tezliklə məlumatı rəsmən təsdiqləyəcəyi bildirilir.
Gənc portuqaliyalı bu mövsüm 43 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.